“That’s what I like” (Bax mənim sevdiyim budur) 20 il fasilədən sonra Amerika Birləşmiş Ştatlarında Pepsi-nin sloqanı olub.
Fins.az xəbər verir ki, Pepsi-nin yüzlərlə müştərisi ilə etdiyi dəyərləndirmə işləri nəticəsində hazırladığı yeni sloqanı məlum olub.
Pepsi-nin Marketinq Rəhbərinin köməkçisi Todd Kaplan açıqlamasında deyib ki, Pepsi müştəriləri digər kola istehlakçılarından fərqlidirlər, daha ehtiraslı və sadiq insanlar Pepsi-ni seçirlər.
Goodby Silverstein Partners tərəfindən edilən açıqlamaya görə Pepsi içənlər “bir karaoke tədbirində mahnı oxumağa, bir filmin sonunda alqışlamağa, baharın ilk günündə işə getməməyə daha münasib insanlar” olaraq adlandırdı.
Pepsi-nin daha öncə istifadə etdiyi “Yeni nəsil seçimi” və “Kolanın keyfi” kimi sloqanları ilə bilinirdi.
Yeni sloqan “That’s what I like” yeni Pepsi, Pepsi Zero Sugar və Diet Pepsi qablaşdırmalarının üzərində, bütün reklam və promoşn işlərində yer alacaq.
Kampaniya Amerika Birləşmiş Dövlətlərində yayımlanacaq beş ədəd televiziya reklamları ilə başlayacaq. Yeni reklamlar gündəlik həyatlar içində itən və gözlənilməyən anlarda özlərini tapan insanların təcrübələrinə yer verəcək.
©Facemark.az