Tibb

09 Yanvar

Məşhur zərgərlik şirkəti bağlandı: Bu şirkət onu 16,2 milyard dollara aldı

Lüks brendlərin sahibi Louis Vuitton Moet Hennessy zərgərlik şirkətini 16,2 milyard dollara alıb.

Fransanın şirkətlər qrupu Louis Vuitton Moet Hennessy Tiffany-ni alb. Tərəflər arasında müqavilənin dəyəri isə 16,2 milyard dollardır.

Fins.az xəbər verir ki, bu haqda şirkətin saytında məlumat verilib.

“Tiffany-nin alınması LVMH-in zərgərlik biznesindəki pozisiyasını möhkəmləndirəcək. Eyni zamanda, Amerika Birləşmiş Ştatlarında şirkətin mövcudluq payını artıracaq.

Qrupun xəbərində deyilir ki, Tiffany-nin əldə edilməsi LVMH-nin saat və zərgərlik bölməsini dəyişdirəcək və LVMH-ni 75 evini tamamlayacaq. Saziş hər iki şirkətin direktorlar şurası tərəfindən bəyənilib və Tifany-nin 2020-ci il ortalarında tənzimləyici orqanlarının və Tiffany-nin aksionerlərinin razılığı ilə bağlanması planlaşdırılır.

Bağlanacaq müqavilə haqqında məlumat hələ oktyabrda məlum idi. Həmin vaxt zərgərlik şirkətinin qiyməti 14,5 milyard dollar qiymətləndirilirdi. Noyabrda isə Fransa şirkəti təklifi 16 milyard dollara qədər artırdı.

Bu haqda isə Financial Times və Reuters nəşri öz mənbələrinə istinadən yazırdı.

LVMH qrupunun tərkibinə 75 brend daxildir. Onların arasında Hennessy, Belvedere, Christian Dior, Kenzo, Fendi, Louis Vuitton, Bvlgari, Sephora, Givenchy Parfums daxildir.

Rusiya da daxil olmaqla, EMEA bölgəsində şirkətə media xidmətini iyulda Fransanın kommunikasiya şirkəti Publicis Media göstərməyə başlayıb.

Tiffany-nin alınması haqqında isə LVMH-nin prezidentinin oğlu Antuan Arno özünün Instagram postunda deyib.

© Facemark