Tibb

29 Dekabr

İş müsahibəsindən keçmək üçün nə etmək lazımdır?

Aleksin CV-si çox gözəl idi. O, universitetdə əlaçı olub, bir neçə texniki layihədə iştirak edərək mükafat alıb və ilk iki iş yerində əla nəticələr əldə edib. Bütün bunlara baxmayaraq, Aleks ilk müsahibəsində işəgötürənlərdən “rədd” cavabını aldı. Xoşbəxtlikdən, Aleks bu qərarı dəstləkləməyən iş yoldaşından “rədd” cavabının səbəbini öyrəndi. Məlum oldu ki, müsahibəni aparan insanlar Aleksin bu vəzifədə maraqlı olmadığını gördülər. O, emosiyasız idi, layihələr çərçivəsində gördüyü işlər haqqında heç bir məlumat vermədi və ümumiyyətlə özünü çox sakit aparırdı.  

Aleks Hong-Kongda böyüyüb. O bilir ki, insanın yerinə onun nəticələri danışmalıdır. Lakin Aleksin potensial işəgötürəni Amerika şirkəti idi, amerikanların əksəriyyəti isə elə düşünür ki, güclü və maraqlı namizədlər öz nailiyyətləri haqqında danışmağı çox xoşlayırlar. Aleks bu haqda düşündü və maraqlı olduğunu göstərmək üçün nə etməli olduğunu müəyyən etməyə çalışdı. 

Əlbəttə ki, təkcə həvəsli olmaq kifayət etmir. Namizədlər bir çox digər kriteriyalara görə qiymətləndirilirlər. Növbəti müsahibənin daha uğurlu keçməsini istəyirsinizsə, sizin üçün vacib və maraqlı olanı müəyyən etməlisiniz. 

“Niyə” dən başlayın. Adətən namizədlər CV-də və eləcə də müsahibədə gördüyü işlərdən danışırlar. İşəgötürənə gördüyünüz işlərdən bəhs etmək əvəzinə, nəyə görə məhz bu işi seçmisiniz deyə düşünün və fikirlərinizi onlarla bölüşün. Aleks tətbiqləri yazmağı çox xoşlayırdı, o elə hesab edirdi ki, texnologiyalar insanlara bərabər imkanlar verir. Aleks prestijli məktəblərin birində təhsil alıb. Uşağına bahalı dərslik və digər tədris materiallarını almaq üçün Aleksin valideynləri çox şeyi qurban vermək məcburiyyətində qalıblar. Texnoloji nailiyyətlər hesabına bu xərclər bir xeyli az ola bilərdi. Aleksin proqramlaşdırma sahəsinə olan marağı da məhz bununla əlaqəli olmuşdur. 

Əlavə vaxt xərcləməyə hazır olduğunuzu göstərin. Yaxşı namizəd ağıllı, zəhmətkeş və effektiv olmalıdır. Universitetin axırıncı kursunda Aleks kompüter stolunun altında gizlənərək, gecəyə qədər proqram yazırdı. Onun zəhməti yerdə qalmadı. Aleksin yazdığı proqramı universitetin sistem administratoru gördü və ondan kompüter otağının işini optimallaşdırmaq üçün istifadə etdi. 

Hobbiniz haqqında məlumat verin. Aleks yaradıcılıqla məşğul olmağı çox sevirdi. O hər yerdə proqram yazırdı – həm dərsdə, həm evdə. Məsələn, bir dəfəsində Aleks pivə gətirən robot düzəltmişdir. Növbəti müsahibədə, o, asudə vaxtı yaratdığı robotun videosunu göstərdi. Bununla Aleks rekruterlərə öz peşəsinə qarşı olan bağlılığını nümayiş etdirmiş oldu. 

Könüllü fəaliyyətinizdən danışın. Bəzən qazanc əldə etmək üçün yox, mənəvi dəyərlərdən və prinsiplərdən çıxış edərək işləyirik. Müsahibələrin birində Aleks kimsəsiz insanlar üçün nəzərdə tutulmuş sığınacağa kömək etməsindən danışdı. Onun otağı böyük deyildi, ona görə də yalnız yüz nəfərə şam yeməyi vermək mümkün olurdu. Sığınacağa gələnlərin hamısını yedizdirmək və müəyyən edilmiş vaxtda yatmasını təmin etmək çox çətin idi. Aleks başa düşdü ki, onun işini çətinləşdirən əsas amil yeməklərin yerlərini səhv salan əməkdaş idi. Onda Aleks xüsusi bir proqram yazdı, bu proqram insanların əyləşdiyi yerləri göstərirdi. Beləliklə, əməkdaşlar sifarişin kim tərəfindən gəldiyini asanlıqla müəyyən edə bildilər. Nəticədə, səhvlərin sayı azaldı, əməkdaşların işi isə bir qədər asanlaşdı. 

Bu məsləhətlər sizə istədiyiniz işi əldə etməyə kömək edə bilər. Rəqib şirkətlərin birində proqramçı vəzifəsinə işə düzəlmiş Aleks, bir çox proqram yazdı və beş patent tərtib etdi. 

Bəzən işəgötürənlər özünü çox tərifləyən namizədləri qeyri-laqeyd və enerji ilə dolu olan bir insan kimi nəzərdən keçirirlər. Bu səbəbdən sakit və emosiyasız insanlar çox vaxt “rədd” cavabını alırlar. Müsahibəni keçirənlərə kömək edin, dediyiniz sözlərin arxasında ciddi nailiyyətlərin durduğunu göstərin.

© Banker