Tibb

29 Dekabr

2020-ci ilin qışının əsas trendi açıqlandı

Dəb mütəxəssisləri “Ugly Jumper” (eybəcər sviter) sviter modeli hazırkı mövsümdə populyarlığına görə rekord vurur.

Bu barədə “Who What Wear” portalı yazır.

Feşn-ekspertlərin fikrincə, ingilis qəribəliyindən ilhamlanaraq yaradılan “Ugly Jumper” dünya modabazlarının qarderobunda əsas libas olacaq. Onun üstünlüklərindən biri odur ki, bu sviteri istənilən şəxs geyinə və özünü dəbli hiss edə bilər.

 

“Məsələ ondadır ki, sizin cemperiniz nə qədər pis görünsə, bir o qədər də dəbli olacaq. Onun texniki cəhətdən heç vaxt dəbdən çıxmadığına baxmayaraq, indi bu “eybəcər sviter” dəb olimpinin zirvəsindədir”, - deyə analitiklər yazırlar.

Stilistlər “ugly-trend”i ipək ətək, hündür belli cins və hətta klassik şalvarlarla da geyinməyi məsləhət görürlər.

Qeyd edilir ki, “eybəcər sviter” artıq bir neçə dizaynerin qış kolleksiyasında  təqdim olunub.