Tibb

27 Dekabr

Dünyada davam edən qlobal iqtisadi qeyri müəyyənlik məşhur İsveçrə saatlarının və brilyantların satışlarını az

Dünyada davam edən qlobal iqtisadi qeyri müəyyənlik məşhur İsveçrə saatlarının və brilyantların satışlarını azaldıb.

Fins.az xəbər verir ki, 2019-cu ildə brilyant daşlar zərgərlik məmulatları və İsveçrə samatlarının satışında azalma var. Ekspertlər bildirir ki, bunun səbəbi, qlobal qeyri-müəyyənliyin davam etdiyi bir vaxtda alıcıların qənaətə keçməsidir.

Xüsusilə İsveçrə saatlarının satışındakı azalma ekspertləri təəəccübləndirib. 1980-ci illərdən bəri ilk dəfədir ki,u onların satışında azalma baş verir.

2019-cu ildə satışlar 3,5% azalaraq 1 milyard 993 milyon İsveçrə frankı təşkil edib. Qol saatlarının satışı 2,5% azalaraq 1 milyard 896 milyon franka düşüb. Azalmanın əsas səbəblərindən biri İsveçrə saatlarının böyük bazarlarından sayılan Honkonqda etirazlar olub.

ABŞ-da saatların satışı 4,6%, Sinqapurda 29,6%, Yaponiyada isə 7,8% artıb. Əgəzində Honkonqda satışlar 26,7%, Çində 5,5%, Almaniyada isə 1,9% azalıb. İsveçrə saatlarının yarıdan çoxu bu 6 ölkədə satılır.

© FED