TENDER

11 Yanvar

Partladıcı maddənin satın alınması - TENDER

“Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti partladıcı maddənin satın alınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 91.6 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı isə 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 0300071711
Satınalan təşkilatın ünvanı: Kəngərli rayon Böyükdüz kəndi, Duzdağ Mədən ərazisi

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 01.02.2024 12:00

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az