TENDER

08 Yanvar

AccessBank-ın Cəlilabad filialında təmir-tikinti işlərinin aparılmasına dair tenderin vaxtı uzadılıb

AccessBank maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.

Bankdan Fins.az-a verilən məlumata görə, tender Cəlilabad filialında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar elan olunub.

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün [email protected] elektron ünvanına, yaxud (+994 55) 505 69 59  nömrəsinə müraciət edə bilərlər.

Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2024-cü il yanvar ayının 15-də saat 18:00-da başa çatır.