TENDER

25 Sentyabr

Sms bildirişlərinin göndərilməsi üçün balans artırılması xidmətinin satınalınması - TENDER

Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi elektron xidmətlərdən istifadə edən vətəndaşlara sms bildirişlərinin göndərilməsi üçün balans artırılması xidmətinin satınalınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki,  iştirak haqqı 100 manat olan tender təklifinin qiymətinin təsviri olaraq qeyd olunur ki, İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.

Satınalan təşkilatın VÖEN-i: 1501267101
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 909-cu məhəllə.
 
Daha ətraflı məlumat almaq üçün keçiddən istifadə edə bilərsiniz.

Fuad Mədətov
Fins.az