TENDER

14 Sentyabr

DWH sisteminin qurulması ilə əlaqədar xidmətlərin satın alınması - TENDER

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumatların sonrakı emalı və təhlili məqsədilə DWH (Data Warehouse) sisteminin qurulması ilə əlaqədar xidmətlərin satın alınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 450 manat olan tender təklifinin qiymətinin təsviri olaraq qeyd olunur ki, Satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalan təşkilat tərəfindən tenderin Əsas şərtlər toplusunda və satınalma müqaviləsində müəyyənləşdirilmiş qaydada və məbləğdə, malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 10 (on) bank günündən gec olmamaq şərti ilə aparılır.

Satınalan təşkilatın VÖEN-i: 1701911851
Satınalan təşkilatın ünvanı: Nəsimi rayonu, Lev Tolstoy küç 170

Daha ətraflı məlumat almaq üçün keçiddən istifadə edə bilərsiniz.

Fuad Mədətov
Fins.az