TENDER

31 İyul

“Zəfəroğlu” TENDER elan edir

“Zəfər İşığı” regionlarda açıq  tender elan edir.

2021-ci ilin avqust ayında Gəncə şəhərində “Zəfəroğlu Elektrik" MMC-nin müasir standartlı "LED" (ing. Light Emitting Diode - işıq şüalandıran diod) tipli lampa istehsalı zavodu fəaliyyət göstərməyə başlayıb və bu, Azərbaycanda "LED" tipli lampa istehsal edən ilk müəssisədir. Zavodda "Zəfər İşığı" brendi altında müxtəlif ölçülərdə "LED", “Spot” tipli və başqa lampalar da istehsal edilir. Hazırda 4 növ - 7, 9, 12 və 15 vatt gücündə olan lampaların istehsal olunur. Müəssisənin istehsal gücü ayda 500 min ədəd lampa buraxılmasına imkan verir. Lampaların özəl xüsusiyyəti onların davamlı və zərbədən sınmamasıdır.

Tender Azərbaycan iqtisadi rayonlarını (Bakı, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Şəki-Zaqatala, Lənkəran-Astara, Quba-Xaçmaz, Mərkəzi Aran, Qarabağ, Şərqi Zəngəzur, Dağlıq Şirvan, Naxçıvan, Qazax-Tovuz, Mil-Muğan və Şirvan-Salyan) əhatə edir.

Tenderdə iştirak etmək istəyən sahibkarlar aşağıda qeyd olunan telefon nömrəsiylə əlaqə saxlaya bilərlər:

Əlaqələndirici şəxs: Vüqar Bağırov

Telefon: +994 55 546 98 30