TENDER

09 May

Tikinti materiallarının satınalınması TENDER

Sabirabad Suvarma Sistemləri İdarəsi cari təmir-tikinti işləri üzrə tikinti materiallarının satın alınması ilə bağlı tender elan edir.
 
Fins.az xəbər verir ki, iştirak haqqı 250 manat olan tender təklifinin qiymətinin təsviri olaraq qeyd olunur ki, müsabiqəyə təqdim olunmuş tender təkliflərinin qiymətləndirilmiş qiymətinə, yəni tender təklifinin elan olunmuş qiyməti ilə yanaşı hesab səhvlərinə düzəlişlər, təklif edilən güzəştlər, müqavilə kənarlaşmaları nəzərə alınmaqla müəyyənləşdirilmiş qiymətinə görə balların hesablanması aşağıdakı düsturla müəyyən olunur: QB = ƏTQ x 90 / TQ Burada: QB - qiymətləndirilmiş qiymətə görə bal; ƏTQ - qiymətləndirilmiş qiyməti ən aşağı olan tender təklifinin qiyməti; TQ - Təklifin qiymətləndirilmiş qiyməti. Qiymət təklifi bütün vergi və rüsumlar daxil olmaqla tender predmetinin tam həcmdə icrasını təmin etməlidir Qeyd: Hər-hansı bir meyarın qiymətləndirilməsi üçün təklifdə məlumat olmadığı halda həmin meyar üzrə təklif “0” balla qiymətləndiriləcəkdir
 
Satınalan təşkilatın VÖEN-i:6800223791
Satınalan təşkilatın ünvanı:Sabirabad rayon Qaratəpə kəndi

Daha ətraflı məlumat almaq üçün keçiddən istifadə edə bilərsiniz.

Zəminə Hüseyn
Fins.az