TENDER

18 Aprel

Komputer avadanlıqlarının satınalınması TENDER

Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi komputer avadanlıqlarının satınalınması ilə bağlı tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 350 manat olan tender təklifinin qiymətinin təsviri olaraq qeyd olunur ki, müsabiqəyə təqdim olunmuş tender təkliflərinin qiymətləndirilmiş qiymətinə, yəni tender təklifinin elan olunmuş qiyməti ilə yanaşı hesab səhvlərinə düzəlişlər, təklif edilən güzəştlər, malların istismar müddəti, məhsuldarlığı, istismar və istifadə xərcləri, müqavilə kənarlaşmaları nəzərə alınmaqla müəyyənləşdirilmiş qiymətinə görə balların hesablanması aşağıdakı düsturla müəyyən olunur: QB = ƏTQ / TQ * 90 Burada: QB - qiymətləndirilmiş qiymətə görə bal; ƏTQ - qiymətləndirilmiş qiyməti ən aşağı olan tender təklifinin qiyməti; TQ - Təklifin qiymətləndirilmiş qiyməti.

Satınalan təşkilatın VÖEN-i: 1000444591
Satınalan təşkilatın ünvanı: M.Rəsulzadə qəsəbəsi keçid 1285
Daha ətraflı məlumat almaq üçün keçiddən istifadə edə bilərsiniz.
 
Zəminə Hüseyn
Fins.az