TENDER

10 Fevral

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi auditor seçir - TENDER

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun şəkildə hazırlanmış maliyyə hesabatlarının auditi xidməti üçün kotirovka sorğusu elan edib.

Fins.Az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini fevralın 27-si, saat 10:00-a qədər agentliyin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov küçəsi, 5 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 27-si, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.