TENDER

23 Avqust

Dövlət Xəzinədarlıq Agentliyi 1,5 milyon manatlıq tenderə yekun vurub

Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi SAP sistemi ilə Ani Ödəniş Sistemi (AÖS) arasında ödənişlərin 24/7 rejimində İSO 20022 standartlarına uyğun olaraq MX formatı üzərindən SAP Pİ/PO modulları vasitəsilə ötürülməsinin qurulması üzrə elan etdiyi açıq tenderə yekun vurub.

Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalib “Cerberus” MMC-dir.

Qalib şirkətə 1,515 milyon manat ödəniləcək.