TENDER

02 Aprel

ASG Business Aviation” MMC-nin Sky Catering filialı tərəfindən dondurulmuş ət məhsulların satın alınması üzrə ƏSAS ŞƏRTLƏR

  1. Tenderin adı:  Çərəz və yarma məhsulları
  2. Tender 1 Lot üzrə keçirilir
  3. Satın alınması nəzərdə tutulan malların zəruri və keyfiyyət xüsusiyyətləri, miqdarı (həcmi) bu əsas şərtlər toplusuna Əlavə olunmuş faylda müəyyən olunur.
  4. Tenderdə iddiaçı kimi iştirak etmək istəyən iştirakçılar “ASG Business Aviation” MMC-nin Sky Catering filialına aşağıdakı sənədləri təqdim etməlidir:
  • Tenderdə iştirak etmək üçün müraciət (ərizə);
  • İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  • Tender təklifi (tender zərflərinin açıldığı tarixdən (04.05.2021) sonra 30 (otuz) iş günü  (yəni ən azı  (17.06.2021) tarixinədək) qüvvədə olmalıdır);
  • Tender təklifi dəyərinin 1(bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu günündən azı 30 bank günü çox olmalıdır (yəni ən azı 29.07.2021 tarixinədək qüvvədə olmalıdır);
  • İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;
  • İddiaçının  Azərbaycan Respublikasının vergilər və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin  olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
  • İddiaçının tam adı, hüquq statusu , nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
  • İddiaçının öz mülahizəsinə uyğun digər sənədlər .

 

  1. Tenderə iştirak üçün 100 ( Yüz) manat məbləğində iştirak haqqı müəyyən edilir.
  2. Tender təklifinə dair tələblər: Tender təklifinin qiyməti manatla göstərilməlidir və təklifin qüvvədə olma müddəti (bu şərtlər toplusunun 4-cü bəndinin 3-cü yarımbəndinə uyğun olaraq) mütləq şəkildə qeyd edilməlidir. Bütün vergi və rüsumlar qiymətə daxil olmalıdır.
  3. Tender təklifinin təminatına dair tələblər: Tender təklifinin təminatı tender təklifinin ümumi dəyərinin 1 (bir faizi) həcmində müəyyən olunur. Tender təklifinin təminatı bank zəmanəti formasında olmalıdır və “Tender təklifi” zərfində təqdim olunmalıdır. Onun qüvvədə olma müddəti bu şərtlər toplusunun 4-cü bəndinin 4-cü yarımbəndində uyğun olmalıdır.
  4. Bu “Əsas şərtlər Toplusunun” məqsədləri üçün  “İlkin sənədlər”-in anlayışına bu “Əsas Şərtlər Toplusu”nun 4-cü bəndində (3-cü və 4-cü yarımbəndləri istisna olmaqla) qeyd olunan sənədlər aiddir. “Tender təklif”-inin anlayışına isə tender təklifi və tender təklifinin təminatı aiddir”.
  5. “İlkin sənədlər”  21.04.2021-ci il saat 18:00-dək , “Tender təklifi” isə möhürlənmiş ikiqat zərflərdə  30.04.2021-ci il saat 18:00-dək  Bakı şəhəri, Mərdəkan Şosesi 21, ASG Business Aviation MMC-nin ünvanına təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan iştirakçıya geri qaytarılmalıdır və onun Tenderdə iştirakına yol verilmir.
  6. Tender sənədlərinin tərtib olunması qaydası :

Bütün sənədlər 2 nüsxədə Azərbaycan dilində tərtib olunmalıdır. Tender təklifində qiymətlər manatla göstərilməlidir. Tender təklifindəki bütün rəqəmlər həm də sözlə yazılmalıdır.

  1. “İlkin sənədlərdə” (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) hər hansı birində və ya bir neçəsində sənədlərin siyahısı “ASG Business Aviation” MMC-nin SKY Catering filialı tərəfindən iddiaçıya bildirilərsə , iştirakçı zərflərin açılması tarixinə azı 3 iş günü qalmış çatışmayan sənədi hazırlamalı, yaxud bu sənədlərdə müvafiq dəyişikliyi apararaq “ASG Business Aviation” MMC-nin, Mərdəkan Şosesi 21 ünvanında yerləşən ofisinə təqdim etməlidir.
  2. Satınalmalar təşkili ilə bağlı əlavə məlumat əldə olunması üçün əlaqələndirici şəxs:    Kengerlinskiy İsmayil Rüfət oğlu, telefon: +994 (12) 437-47-57 (7366)  , elektron poçt ünvanı: [email protected]
  3. İddiaçılar tərəfindən qapalı zərflərdə təqdim olunan “Tender Təklifləri” “ASG Business Aviation” MMC-nin Sky Catering filialında, Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Aeroportu ünvanında yerləşən ofisində 04.05.2021-ci il saat 16:00-də açılacaq.
  4. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri tender prosedurlarının açılışında iştirak edə bilərlər. İddiaçıların tender prosedurlarında iştirak etməməsi tender keçirən şirkətə iştirakçını tenderdən kənarlaşdırılmasına əsas vermir.
  5. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi Azərbaycan Respublikasının valyutasında aparılır.
  6. Satınalma prosedurlarında iştirak etmək üçün iştirakçıların ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:
  • Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının , təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin , etibarlığının olması;
  • Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
  • Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
  • Müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması;
  • Tenderdə iştirak etmək istəyən şirkətlərin xidmət göstərən sahə üzrə ən azı 1 (bir) il iş fəaliyyəti olması tələb olunur.
  1. Təkliflər, onları təqdim edən iddiaçıların idarəetmə və texniki səriştəsinə, təklifin qiymətinə və “ASG Business Aviation” MMC-nin SKY Catering filialı ehtiyaclarının ödənilməsi baxımından səmərəliyinə , habelə hər bir satınalma üzrə “ASG Business Aviation” MMC-nin SKY Catering filialı tərəfindən müəyyən edilmiş daxili meyarlar əsasən qiymətləndiriləcək.
  2. Tenderin qalibi “ASG Business Aviation” MMC-nin SKY Catering filialı tərəfindən Aksept Məktubunu aldıqdan sonra satınalma müqaviləsini imzalayır və müqavilənin yerinə yetirilməsi təminatını təqdim edir.
  3. Malların dəyərinin ödənilməsi qaydası, qalib seçilmiş iştirakçı ilə imzalanacaq müqavilə əsasında müəyyən olunur.
  4. Heç bir tender təklifi tender predmetinin tam həcmdə icrasını təmin etmədikdə, habelə səmərəlilik və qənaət baxımından Tender elan edən şirkət rəhbərliyinin qərarı ilə tender predmeti iki və ya daha çox iddiaçı arasında bölünə bilər.
  5. “ASG Business Aviation” MMC-nin SKY Catering filialna iddiaçılar tərəfindən təqdim olunmuş bütün Tender təkliflərini rədd etmək hüququna malikdir.