TENDER

14 Sentyabr

Neft Fondu tender elan edir

Açıq tender(eTender)

Təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Təşkilat VOEN: 9900041961

Təşkilatın ünvanı: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165

Tender predmeti: İnsan resurslarının idarəedilməsi (HR Management) üzrə məsləhət xidmətlərinin satın alınması

Tenderin adi: İnsan resurslarının idarəedilməsi (HR Management) üzrə məsləhət xidmətlərinin satın alınması

İnsan resurslarının idarəedilməsi (HR Management) üzrə məsləhət xidmətlərinin satın alınması

Başlıq Açıqlama Miqdar  
İnsan resurslarının idarəedilməsi (HR Management) üzrə məsləhət xidmətlərinin satın alınması Azərbaycan Respublikası Dövlət Neft Fondunun təşkilati strukturunda vəzifə səviyyələrinin müəyyən edilməsi, yeni əmək haqqı və əməkdaşlarının fəaliyyətinin nəticələrinə əsaslanan mükafatlandırma və davamçıların yetişdirilməsi sisteminin tətbiq edilməsi üçün texniki tapşırıq İddiaçının işin görülməsi üzrə vəzifələri Azərbaycan Respublikası Dövlət Neft Fondu nun (bundan sonra - Fond) fəaliyyət effektivliyinin artırılması məqsədilə İnsan resurslarının idarə olunması sisteminin inkişaf etdirilməsi, təşkilati strukturda mövcud olan və planlaşdırılan işlərin və vəzifələrin analizi vasitəsilə (Job Evaluation) pozisiyaların dərəcələndirilməsi (Position / Job Categories Grading for Staff), müvafiq olaraq əmək bazarında ən uyğun yanaşmanı təmin edərək əmək haqqı səviyyələrinin hesablanmasının (Salary Management) yenidən qiymətləndirilməsi, kritik vəzifə və işçilərin müəyyən edilməsi nəticəsində davamçılarının yetişdirilməsinə əsaslanan talantların idarə edilməsi və davamçıların yetişdirilməsi mexanizmlərinin yaradılması və müvafiq proseslərin tətbiq edilməsi (Talent Management and Succession Planning), əməkdaşların fəaliyyətinin nəticələrinə əsaslanan mükafatlandırma sisteminin (Performance Management and Reward) qurulması layihəsindən (bundan sonra - Layihə) ibarətdir. Layihə aşağıdakı mərhələləri nəzərdə tutur: 1. Struktura daxil olan vəzifələrin səviyyələrinin müəyyən edilməsi, əmək haqqı sisteminin və yeni bonus sisteminin prinsiplərinin hazırlanması. 1.1. İş analizlərinin aparılması və vəzifə təlimatlarının təkmilləşdirilməsi; 1.2. Vəzifə qrupları, kateqoriyaları və heyətlərin təkmilləşdirilməsi; 1.3. Vəzifə adlarına baxış keçirilməsi; 1.4. Vəzifələr üzrə ştat sayına baxış keçirilməsi və iş yükünə əsasən ştat sayının uyğunluğunun nəzərdən keçirilməsi (Workforce Planning); 1.5. Yerli təcrübə və beynəlxalq praktikaya əsasən Fondun mövcud strukturunda olan pozisiyaların vəzifə səviyyələrinin (position grades) müəyyən edilməsi, müvafiq meyarların və prinsiplərin təyini; 1.6. Yeni vəzifə qiymətləndirilməsi və dərəcələndirilməsi sistemi əsasında baza ödəmə sisteminin qurulması (base pay structure) və yeni əmək haqqı şkalasının hazırlanması; 1.7. Əmək haqqının formalaşdırma siyasətinin (prinsiplərinin) təyini və mexanizmin qurulması; 1.8. Vəzifə səviyyələrinin və əmək haqqlarının dəyişməsi (artım) tezliyinin müəyyən edilməsi (variable pay structure); 1.9. Vəzifə kateqoriyaları üçün Əsas Səmərəlilik Göstəricilərinin (KPI) müəyyənləşdirilməsi (təşkilati, struktur bölmə hədəflərinə bağlanmayan, sadəcə mövcud məlumatlara və vəzifə öhdəliklərinə əsaslanan), göstəricilərə əsaslanan fəaliyyət planı üzrə nəticələrin şkalasının hazırlanması; 1.10. Yetkinlik və səriştə modelinin hazırlanması ( competency model), davranışsal yetkinliklərin (səviyyələr üzrə davranış və liderlik səriştələrinin), yetkinlik xəritəsinin hazırlanması. 2. Mövcud vəziyyətin diaqnostikası. 2.1. Fondun mövcud strukturunda olan işlərin və pozisiyaların analizi (Job Evaluation), oxşar təşkilatların müvafiq sahədə (bençmarkinq) təhlilini aparmaq, mövcud vəziyyətin çatışmazlıqlarını və risklərini müqayisə etmək; 2.2. Vəzifə dərəcələndirmə sisteminin analizi; 2.3. Mövcud əmək haqqı sisteminin və göstəricilərinin analizi; 2.4. Analiz nəticəsində mövcud, təsis edilməsi planlaşdırılan struktur bölmə və şöbələr arasında əlaqələrin və asılılıqların qiymətləndirilməsi; 2.5. Mövcud mükafat sisteminin qiymətləndirilməsi. 3. İstedadların idarə edilməsi və Davamçıların yetişdirilməsi proqramı. 3.1. İşçilərin potensialının müəyyən olunması modelinin və qiymətləndirmənin hazırlanması; 3.2. Biznes fəaliyyət göstəricilərinə əhəmiyyətli təsir göstərən liderlik, idarəetmə və ekspert rolların və bu rollar üzrə səriştələrin müəyyən edilməsi; 3.3. Potensial davamçıların və yüksək potensiala malik işçilərin (high potential employees) müəyyən edilməsi və meyarların hazırlanması; 3.4. Potensial davamçıların və yüksək potensiala malik işçilərin mövcud çatışmazlıqlarının təhlili və fərdi inkişaf planının hazırlanması; 3.5. İstedadlar xəritəsinin və davamçıların yetişdirilməsi planlarının hazırlanması və müvafiq qaydaların müəyyən olunması. 4. Performansın idarəedilməsi sistemi. 4.1. Performansın idarəedilməsi sisteminin çərçivə sənədinin (Framework) hazırlanması; 4.2. Performansın idarəedilməsi və performans əsaslı əməkhaqqı (bonus) sisteminin qurulması; 4.3. Mükafatların ödəmə tezliyinin müəyyən edilməsi; 4.4. Qısamüddətli həvəsləndirmə sxeminin (short-term incentive scheme) hazırlanması; 4.5. Seqmentlər üzrə bonus sisteminin və proqramının hazırlanması; 4.6. Fond heyəti üçün əsas səmərəlilik göstəricilərinin (KPİ-ların) hazırlanması. (hədəflər, indikatorlar, hesablama metodları, məlumatın təhlili və mənbəyi, hesablama üzrə məsul işçilərin müəyyən edilməsi) 5. Tender iştirakçılarına dair əlavə tələblər. Tender iştirakçılarına dair aşağıdakı əlavə tələblər müəyyən edilmişdir: - İcraçı iş prosesində mümkün ola biləcək suallar və problemlər haqqında, eləcə də işin görülməsi prosesi barədə layihə üzrə işçi qrupunu vaxtında məlumatlandırmalıdır. - İcraçı görüləcək işlərin məxfiliyinə xüsusi diqqət yetirilməli və işlərin aparılması zamanı aşkar olunacaq məlumatların Fondun dəqiq ifadə olunmuş icazəsi olmazsa, heç bir üçüncü tərəfə verməməli və müzakirə etməməlidir. - Layihə zamanı hazırlanan və Fonda təqdim olunan yekun sənədlər iki dildə (azərbaycan və ingilis) olmalıdır. - Hər bir mərhələnin əvvəlində Fondun rəhbərliyinin və aidiyyəti şəxslərin fikirləri öyrənilməli, sistemin qurulmasında yekun təkliflər müzakirə edilməli və təsdiqlənməlidir. - Zərurət olduğu təqdirdə texniki tapşırıqda qeyd edilən xidmətlərin Fondda tətbiq edilən və ya ediləcək proqram təminatlarına inteqrasiya üzrə texniki dəstəyin verilməsi. (məs: Performansın idarəedilməsi sisteminin proqram təminatına inteqrasiyası və s.) 1 ədəd

ÜSL kod (kateqoriya) -

Açıq tenderin başlama tarixi və vaxtı

15.09.2020 09:00

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı

16.10.2020 10:00

Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı

26.10.2020 18:00

Zərflərin açılış tarixi və vaxtı

27.10.2020 10:00

İştirak haqqı: 300 AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

ÇATDIRILMA YERİ

AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165

ÇATDIRILMA MÜDDƏTİ

Satınalma müqaviləsi imzalandığı tarixdən 1 (bir) il ərzində

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Satınalma müqaviləsi üzrə ödəmələr satınalma müaviləsində nəzərdə tutulmuş qaydada hər mərhələ üzrə təhvil-təslim aktı tərtib olunduqdan sonra Malgöndərənin təqdim etdiyi müvafiq mühasibatlıq sənədləri (eqaimə, hesab faktura və s.) əsasında 15 (on beş) bank günündən gec olmayaraq nağdsız hesablaşma yolu ilə aparılacaqdır.

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
Müvafiq qaydada təsdiqlənmiş sənəd PDF formatında yüklənməlidir
Göstəriləcək xidmətlərin dəqiq təsviri haqqında məlumatlar (qiymət təklifi olmadan).
Müvafiq qaydada təsdiqlənmiş sənəd (qiymət göstərilmədən) PDF formatında yüklənməlidir
Dövlət qeydiyyatı haqqında şəhadətnamə
Surəti PDF formatında yüklənməlidir
Rekvizitlər
Müvafiq qaydada təsdiqlənmiş sənəd PDF formatında yüklənməlidir
Dövlət reyestrindən çıxarış
Surəti PDF formatında yüklənməlidir
Nizamnamə
Surəti PDF formatında yüklənməlidir
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Müvafiq qaydada təsdiqlənmiş sənəd PDF formatında yüklənməlidir
Maliyyə vəziyyəti haqqında bank arayışı
Müvafiq qaydada təsdiqlənmiş son 1 (bir) ilə aid maliyyə arayışı PDF formatında yüklənməlidir
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Müvafiq qaydada təsdiqlənmiş sənəd PDF formatında yüklənməlidir
 
İxtisas göstəriciləri:
İddiaçının müvafiq sahədə peşəkarlığının, iş təcrübəsinin, texniki və maliyyə imkanlarının olması
Müvafiq sahədə iş təcrübəsi və maliyyə vəziyyəti barədə təqdim etdiyi sənədlər əsasında qiymətləndiriləcək
İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
Şirkətin təqdim etdiyi hüquqi sənədlər əsasında qiymətləndiriləcək
 

Qeyd olunmuş prosedurlar üçün mətn

TENDER TƏKLİFİ

 

Texniki təklif: 70 bal

İnsan resurslarının idarəedilməsi sisteminin tətbiq edilməsi xidmətlərinin yerinə yetirilməsi üzrə müvafiq akkreditasiyaların olması barədə sənədin olması
5
Bu sahədə akkreditasiya olunmuş şirkətlər yüksək balla qiymətləndiriləcəkdir
Son 3 (üç) il ərzində iri təşkilatlarda (işçilərin orta siyahı sayı 200 və ondan çox) İnsan resurslarının idarəeedilməsi sisteminin tətbiq edilməsi xidmətləri sahəsində müvəffəqiyyətlə həyata keçirilmiş layihələrin sayı. Ən azı iki təşkilatdan tövsiyə məktubunun olması
5
Müvəffəqiyyətlə icra edilmiş layihələrinin sayına müvafiq olaraq iddiaçılar qiymətləndiriləcəkdir
Oxşar sahələrdə fəaliyyət göstərən şirkətlərdə İnsan resurslarının idarəeedilməsi sisteminin tətbiq edilməsi xidmətləri sahəsində yerli fəaliyyət xidmətlərinin sayı və minimum 7 il yerli təcrübə
13
7 və daha çox yerli təcrübəsi olan iddiaçılar yüksək balla qiymətləndiriləcəkdir
İnsan resurslarının idarəeedilməsi sisteminin tətbiq edilməsi xidmətləri sahəsində beynəlxalq fəaliyyət xidmətlərin sayı
12
Beynəlxalq sahədə fəaliyyət həcmi, fəaliyyət xidmətlərinin sayı ən yüksək olan iddiaçılar tam, digər iddiaçılar isə nisbi olaraq qiymətləndiriləcəkdir
İnsan resurslarının idarəeedilməsi sisteminin tətbiq edilməsi xidmətləri sahəsində peşəkarlıq və təcrübə üzrə portfel
5
Peşəkarlıq səviyyəsi, təcrübəsi, xidmətlərinin sayı və.s göstəriciləri daha yüksək olan iddiaçılar tam, digər iddiaçılar isə nisbi olaraq qiymətləndiriləcəkdir
Layihəyə cəlb olunacaq işçilər üzrə yerində xidmət qrupunun olması, xidmətin göstərilməsi üçün lazım olan kvalifikasiyasının uyğunluğu və sertifikatlaşma dərəcəsi, bu sahədə onların iş təcrübəsi
20
Layihəyə cəlb olunacaq işçilərin kvalifikasiyası, sertifikatlaşma dərəcəsi uyğun olan, habelə yerində xidmət qrupu olan, bu tip layihələr üzrə arzuolunan təcrübəsi olan iddiaçılar yüksək balla, digər iddiaçılar isə nisbi balla qiymətləndiriləcəkdir
Təklifin satınalan təşkilatın ehtiyaclarının ödənilməsi baxımından səmərəliliyi
10
İxtisas göstəricilərinə və tenderin səmərəlilik predmetinə tam cavab verən, eyni zamanda daha təşəbbüskar, yeni yanaşma üsulları təklif edən iddiaçılar tam, digər iddiaçılar isə nisbi olaraq qiymətləndiriləcəkdir
 

Qiymət təklifi:: 30 bal

Müqavilənin təminatı
-
Satınalma müqaviləsinin ümumi məbləğinin 2%-i həcmində tələb olunur.
Təklifin qüvvədə olma müddəti
-
Tender zərflərinin açılma tarixindən sonra, 30 (otuz) bank günü qüvvədə olmalıdır.
Tender təklifinin təminatı
-
Tender təklifinin 1% həcmində təqdim edilməlidir.
Qiymət təklifi
30
Təklif edilən qiymətə bütün vergi, rüsum və xərclər daxil edilməlidir.

Qeyd olunmuş prosedurlar üçün mətn

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Tender təklifi: 30 bank günü (zərflərin açıldığı tarixdən sonra qüvvədə olma müddəti
Təklifin təminatı: 60 bank günü (təminatın qüvvədə olma müddəti (zərflərin açıldığı tarixdən sonra
Ayna Cahandarova
Baş mütəxəssis
(99412) 498 77 53, daxili: 8008
(99412) 498 77 53, daxili: 8008

Tələb olunan iddiacıların sayı: 3

  • • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
  • Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
  • Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
  • Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
  • Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (//etender.gov.az/laws) tanış ola bilərsiz.
  • Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
  • Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
  • Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.
  • Müəyyən edilməmişdir
 
 

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Açıq tenderin elektron şərtlər toplusunu 15.09.2020 09:00 tarixindən sonra əldə edə bilərsiniz