TENDER

14 Sentyabr

2020-ci il üçün tibbi avadanlıqlar – TENDER

Təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASI DİN DAXİLİ QOŞUNLAR BAŞ İDARƏSİ

Təşkilat VOEN: 1500426471

Təşkilatın ünvanı: Qəzənfər Musabəyov 4

Tender predmeti: 2020-ci il üçün tibbi avadanlıqlar

Tenderin adi: 2020-ci il üçün tibbi avadanlıqlar

2020-ci il üçün tibbi avadanlıqlar

Başlıq Açıqlama Miqdar  
Travmatoloji kəlbətin Jo-21-814 2 ədəd
VERİ-Q RED Hemoqlabin tester anemiyaları üçün 1 ədəd
Mikroskop binokulyar MC100 1 ədəd
Portativ inqalyator F-202 6 ədəd
Otoskop Adi 2 ədəd
Qayçı Gips üçün 3 ədəd
Kompressor stomatologiya 1 ədəd
Endomotor Stomatologiya 1 ədəd
Paketləmə aparatı Sterilizasiya üçün 2 ədəd
Cərrahi dəst Kiçik 2 ədəd
Avtoklav 23 L 23B 1 ədəd
Avtoklav 120L Goldberq 120S 1 ədəd
Narkoz-tənəffus aparatı İSO və SEV Fabius Plus 1 ədəd
Tonometr göz üçün kontaktsız Adi 2 ədəd
Tibbi tapçan Mexaniki, baş hissəsi tənzimlənən 10 ədəd

ÜSL kod (kateqoriya) -

Açıq tenderin başlama tarixi və vaxtı

15.09.2020 10:00

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı

07.10.2020 17:30

Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı

15.10.2020 17:30

Zərflərin açılış tarixi və vaxtı

16.10.2020 17:30

İştirak haqqı: 150 AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

ÇATDIRILMA YERİ

Bakı şəhəri. Nərimanov rayonu Y.V.Çəmənzəminli 129. Daxili Qoşunların Mərkəzi Anbarları

ÇATDIRILMA MÜDDƏTİ

30.12.2020-ci il tarixədək

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Müqavilə üzrə ödəmələr nağdsız qaydada, İcraçının təqdim etdiyi sənədlər (elektron qaimələr, aktlar) əsasında

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
Son bir il nəzərə alınmaqla Vergi orqanları tərəfindən təqdim olunmuş
Rekvizitlər
Faktiki və hüquqi ünvanı, telefon nömrələri, elektron poçtları göstərilməklə rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır
Qeydiyyatdan keçdiyi ölkə
2020-ci il üçün notariusdan təsdiq edilmiş surəti və ya əslinin PDF formatı
Nizamnamə
2020-ci il üçün notariusdan təsdiq edilmiş surəti və ya əslinin PDF formatı
Maliyyə vəziyyəti haqqında bank arayışı
Son bir il nəzərə alınmaqla maliyyə əməliyyatları barədə hesabatla birlikdə, arayışı verən bankın rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Son maliyyə dövrünə olan məlumatı əks etdirməklə Vergi orqanları tərəfindən təqdim olunmuş
 
İxtisas göstəriciləri:
 
 

Qeyd olunmuş prosedurlar üçün mətn

TENDER TƏKLİFİ

 

Texniki təklif: 30 bal

İddiaçının Silahlı Qüvvələrinin təminatında son 5 il ərzində olan iş təcrübəsi
5
3 ilədək – 1 bal; 3 ilədən 5 ilədək – 3 bal; 5 il və daha çox – 5 bal.
Malların istehsalı və satışı üzrə ümumi iş təcrübəsi
5
3 ilədək – 1 bal; 3 ilədən 5 ilədək – 3 bal; 5 il və daha çox – 5 bal.
Təklif olunan malların texniki xüsusiyyətləri
15
ən yüksək texniki şərtlərə və texniki göstəricilərə uyğun mallara üstünlük veriləcək
İddiaçının maliyyə vəziyyəti
5
İllik maliyyə dövriyyəsi 500 000,0 manatadək - 1 bal; İllik maliyyə dövriyyəsi 500 000,0 manatdan - 1,0 ml. manatadək - 2 bal; İllik maliyyə dövriyyəsi 1,0 ml. manatdan - 5,0 ml. manatadək - 3 bal; İllik maliyyə dövriyyəsi 5,0 ml. manatdan - 10,0 ml. manatadək - 4 bal; İllik maliyyə dövriyyəsi 10,0 ml. manatdan yuхarı 30,0 ml. manatadək - 5 bal.
 

Qiymət təklifi:: 70 bal

Tender təklifinin təminatı
-
Tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı. Zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır. Bank təminatını təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır
Qiymət təklifi
70
Əsas şərtlər toplusunun 24-28-ci səhifələrində göstərilən cədvəllər doldurulmalı və PDF formatda portalda qiymət təklifi bölməsində yüklənilməlidir.
Təklifin qüvvədə olma müddəti
-
Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır.
Müqavilənin təminatı
-
Ümumi qiyməti 100 000 ABŞ dollarının manat ekvivalentindən az olan satınalma müqaviləsi ilə bağlı həmin müqavilənin yerinə yetirilməsinin təminatı tələb olunmur. 100 000 ABŞ dollarının manat ekvivalentindən çox olduqda müqavilənin ümumi qiymətinin 2 %-i həcmində bank təminatı.

Qeyd olunmuş prosedurlar üçün mətn

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Tender təklifi: 30 bank günü (zərflərin açıldığı tarixdən sonra qüvvədə olma müddəti
Təklifin təminatı: 60 bank günü (təminatın qüvvədə olma müddəti (zərflərin açıldığı tarixdən sonra
Alışan Musayev
DQBİ-də Tibb xidmətinin rəisi
012-590-65-23
012-590-65-23
Elşad Əliyev
DQBİ-nin Maddi-texniki təminat İdarəsində Avtomobil və zirehli texnika şöbəsi rəisinin müavini
012-569-95-10
012-569-95-10

Tələb olunan iddiacıların sayı: 3

  • • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
  • Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
  • Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
  • Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
  • Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (//etender.gov.az/laws) tanış ola bilərsiz.
  • Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
  • Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
  • Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.
  • Müəyyən edilməmişdir