TENDER

08 Yanvar

Dövlət Dəniz Agentliyi sığortaçı seçib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin inzibati binasının və əmlakının sığortalanması ilə bağlı elan edilmiş açıq tenderin nəticəsi məlum olub.

Fins.az xəbər verir ki, tenderin qalibi “Qala Sığorta” ASC-dir.

Qalib şirkətə 1 illik xidmət üçün 10 207 manat sığorta haqqı ödəniləcək.