TENDER

26 Dekabr

“Azərxalça” 1,4 milyon manata avtobus və yük avtomobilləri alır

“Azərxalça” ASC-nin elan etdiyi iki açıq tenderin qalibi “Azavtobus” MMC olub.

Fins.az xəbər verir ki, bu tenderlərin ümumi məbləği 1,4 mln manat təşkil edir.

Məlumatda deyilir ki, səhmdar cəmiyyət 5 ədəd oturacaqlarının sayı 28-30 arası olan avtobusların satın alınmasına 717 195,15 manat, orta ağır tonnajlı 5 ədəd yük avtomobillərinin satınalınmasına isə 675 007,2 manat xərcləyəcək.

Xatırladaq ki, 2014-cü ildə dövlət qeydiyyatına alınan “Azavtobus” MMC-nin nizamnamə kapitalı 1000 manat, qanuni təmsilçisi isə Rüfət İsrafil oğlu Zeynalovdur. “Azavtobus” MMC Türkiyə-Yaponiya birgə müəssisəsi olan “Anadolu Otomativ Senaye” (AOS) Şirkətinin Azərbaycanda rəsmi eksklüziv distribyutorudur.

©  Report