SOSİUM

02 Fevral

Günəşdə X8.1 səviyyəli süperpartlayış qeydə alındı

Finss.az - Keçən gecə Günəşdə X8.1 səviyyəli süperpartlayış baş verib, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Laboratoriyanın məlumatına görə, X8.1 səviyyəli hadisə “süperpartlayış” kateqoriyasına daxildir. Son 25 ildə, yəni 1 yanvar 2001-ci ildən etibarən Günəşdə bu səviyyədə və ya daha güclü partlayışlar cəmi 13 dəfə baş verib. Bu, təxminən hər iki ildə bir dəfə müşahidə olunur.

Alimlər bildirirlər ki, hər süperpartlayışın Yerə təsiri olmur. Məsələn, 2024-cü ildə baş verən X8.7 və X9.0 səviyyəli partlayışlar Yerə təsir göstərməyib. Bunun səbəbləri müxtəlifdir: partlayış Günəş diskində kənarda baş verə bilər, plazma püskürməsi olmayabilir və ya püskürmə digər istiqamətə yönələ bilər. Hazırda isə Yerə təsir ehtimalı 10% olaraq qiymətləndirilir.

Bununla yanaşı, alimlər bildirirlər ki, aktiv Günəş mərkəzi artıq bu gün Günəş-Yer xəttinə yaxınlaşacaq və şənbəyə qədər ən təsirli zonada qalacaq. Bu fon, daha böyük plazma püskürmələrini mümkün edir. Hazırkı püskürmə plazması isə planetlərdən yan keçib, lakin gələcəkdə eyni aktiv mərkəzdən yeni püskürmələrin eyni istiqamətə yönələcəyi təmin olunmur.