Finss.az - Ağcabədidə Rəncbərlər kəndində iri və xırdabuynuzlu heyvanların ticarəti üçün yenilənmiş bazar fəaliyyətə başlayıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin layihəsi əsasında aparılan yenidənqurma işləri çərçivəsində asfalt-beton örtük, çardaqlar, yem anbarları, baytarlıq məntəqələri və izolyatorlar tikilib, heyvanların yüklənməsi üçün rampalar yaradılıb. Bazarın baş nəzarətçisi və alıcılar yeni şəraiti müsbət qiymətləndirir. Əvvəlki illərdə İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdədə də heyvan bazarları istifadəyə verilmişdi.
