Finss.az - Bakı Ali Neft Məktəbi Dövlət Məşğulluq Agentliyinin “Məzunların məşğulluq reytinqi” siyahısında ali məktəblər arasında məzunlarının məşğulluğunun orta göstəricilərinə görə ilk pillədədir.
Qeyd olunan reytinq 2018-2022-ci illəri əhatə edir və reytinqdə məzunların əmək bazarına inteqrasiyası, eləcə də işlə təmin olunma səviyyəsi əsas meyar olaraq götürülüb.
Qürurla bildiririk ki, Bakı Ali Neft Məktəbi əmək bazarının tələblərinə cavab verən, yüksək ixtisaslı kadrlar hazırlayır. Hazırda BANM məzunları SOCAR və onun müəssisələrində, transmilli korporasiyalarda, yerli və beynəlxalq şirkətlərdə, eləcə də dövlət qurumlarında uğurla fəaliyyət göstərirlər. Bununla yanaşı, məzunlarımızın bir qismi dünyanın nüfuzlu ali təhsil müəssisələrində magistratura və doktorantura səviyyələrində təhsillərini davam etdirirlər.

