Naxçıvan Muxtar Respublikasında əhalinin sayı 2025-ci ildə artıb.
Finss.az Naxçıvan MR Dövlət Statistika Komitəsinin məılumatına əsasən xəbər verir ki, 1 dekabr 2025-ci il vəziyyətinə muxtar respublikanın əhalisi 472,4 min nəfər təşkil edib. Bu, bir il öncəyə nisbətən 0,3% artım deməkdir.
Xatırladaq ki, 1 yanvar 2024-cü il tarixində Naxçıvan MR əhalisinin sayı 468 566 nəfər olub və bu göstərici əvvəlki ilə nisbətən 0,6% artım nümayiş etdirib.
Fuad Mədətov
Finss.az
