SOSİUM

19 Yanvar

2025-ci ildə Energetika Nazirliyi və tabeli qurumlara 11850 müraciət daxil olub

Finss.az - 2025-ci il ərzində Energetika Nazirliyi və tabeli qurumlara 11850 vətəndaş müraciəti daxil olub.

Müraciətlərin 1798-i məlumat (müraciətin geri götürülməsi və təşəkkür), 10052-si isə icra xarakterli olub. Bunlardan 9594-ü müvafiq qaydada icra edilib, 458 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi, təbii qaz təchizatı, bərpa olunan enerji, kadr məsələləri, icazələr və digər mövzularla bağlı olub.

Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 575 vətəndaş qəbul edilib və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.