SOSİUM

09 Yanvar

ADY ötən il 10 milyondan çox sərnişin daşıyıb

AZCON Holdinq şirkətlərindən olan Azərbaycan Dəmir Yolları (ADY) 2025-ci ildə ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu üzrə 10 milyondan çox sərnişin daşıyıb.

Finss.az ADY-nin məlumatına əsasən xəbər verir ki, bu rəqəm 2024-cü ilin nəticələrini 20% üstələyib.

Ötən ilin dekabr ayında isə sərnişin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21% artıb, bu da ölkədaxili dəmir yolu nəqliyyatında artan tələb və sərnişin marağını əks etdirir.

Fuad Mədətov
Finss.az