2025-ci ilin yanvar-dekabr ayları ərzində 98 381 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.
Finss.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, müavinət ödənişləri 45 274 nəfər qız, 53 107 nəfər oğlan uşağına görə aparılıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində 106 486 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.
Müavinət ödənişləri 49 977 nəfər qız, 56 509 nəfər oğlan uşağına görə aparılıb.
Fuad Mədətov
Finss.az

