yashat.gov.az portalı və 8110 Çağrı Mərkəzinin fəaliyyətə başlamasından 5 il ötür.
8 yanvar 2021-ci il tarixində "YAŞAT" Fondunun yashat.gov.az portalı istifadəyə verilib. Həmin tarixdə, həmçinin Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb.
Finss.az xəbər verir ki, bu günə qədər Çağrı Mərkəzinə 291 169 vətəndaş zəngi daxil olub, şəhidlərimizin ailə üzvlərinin və yaralıların ümumilikdə 93 016 müraciəti qeydiyyata alınaraq aidiyyəti üzrə yönləndirilib. Bunlardan 58 263 müraciət şəhidlərimizin ailə üzvlərinin, 34 753 müraciət isə yaralılarımızın müraciətləridir. Xatırladaq ki, 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.
"YAŞAT" Fondu Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli 1203 nömrəli Fərmanına əsasən yaradılmışdır. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.
Fuad Mədətov
Finss.az



