Finss.az - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 53 ümumi təhsil və 4 məktəbəqədər təhsil müəssisəsində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi həyata keçirilir.
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu təhsil müəssisələrində 117 icma əsaslı məktəbəqədər təhsil qrupuna 1 665 uşaq cəlb olunub.
