2025-ci ilin noyabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 166,1 min nəfərdən çox olub.
Finss.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Bildirilir ki, onların 36,4%-ni kişilər, 63,6%-ni isə qadınlar təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin noyabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 155,8 min nəfər olub. Onların 32,57%-ni kişilər, 67,43%-ni isə qadınlar təşkil edib.
Fuad Mədətov
Finss.az
