SOSİUM

11 Dekabr

Proaktiv qaydada sosial təminat alanların sayı artıb - DSMF

2025-ci ilin yanvar-noyabr ayları ərzində 143,7 min nəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunub.

Finss.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Məlumata görə, bunların 51,5%-ni kişilər, 48,5%-ni qadınlar təşkil edib.

2024-cü ilin müvafiq dövründə isə 141 min nəfər sosial müavinət və təqaüd alıb, onların 52,68%-ni kişilər, 47,32%-ni qadınlar təşkil edib.

Fuad Mədətov
Finss.az