SOSİUM

05 Dekabr

Yaşa görə proaktiv pensiya alanların sayı artıb - DSMF

2025-ci ilin yanvar–noyabr ayları ərzində 32 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

Finss.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.

Bildirilir ki, onların 68,96%-ni kişilər, 31,04%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar–noyabr aylarında 29,5 min nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunmuşdu.

Onların 71,0%-ni kişilər, 29,0%-ni isə qadınlar təşkil edib.