Cari ilin oktyabr ayının sonuna olan məlumata görə, Azərbaycan rezident maliyyə institutları tərəfindən buraxılmış “MasterCard” kartları vasitəsilə 79,2 milyon əməliyyat aparılıb və əməliyyatların ümumi həcmi 5 milyard manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, əvvəlki ayla müqayisədə əməliyyatların sayı 9,1 milyon (13%) artıb, əməliyyatların həcmi isə 149 milyon manat (3,1%) çoxalıb.
Qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış “MasterCard” kartları ilə aparılan əməliyyatların sayı 441,2 min, ümumi həcmi isə 45,1 milyon manat olub.
Qeyd edək ki, rezident kartlarla əməliyyatlar Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlarla həyata keçirilən bütün tranzaksiyaları, qeyri-rezident kartlarla əməliyyatlar isə ölkə ərazisində xarici maliyyə institutları tərəfindən buraxılmış kartlarla aparılan əməliyyatları əhatə edir.
Fuad Mədətov
Finss.az
