SOCAR-ın Baş ofisində “Vətəndaş cəmiyyəti təsisatları ilə işin təşkili” mövzusunda tədbir keçirilib.
Finss.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə “Heydər Əliyev və neft strategiyası” və “Azərbaycan nefti” sərgiləri ilə tanış olublar.
SOCAR-ın Sosial məsuliyyət Departamentinin Tərəfdaşlarla iş şöbəsinin rəisi Teymur Süleymanzadə 2025-ci il ərzində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı Departamentinin rəis müavini Mahal Mehdiyev qurumda işə qəbul prosesində şəffaflığın təmininə yönəlmiş tədbirləri təqdim edib.
Tədbirdə həmçinin Uyğunluq Departamentinin Biznes etikası və antikorrupsiya şöbəsinin böyük hüquq məsləhətçisi Lalə Babayeva SOCAR-da daxili nəzarət mexanizmləri, pozuntular haqqında məlumatlandırma kanalları və işçilərin maarifləndirilməsi üçün keçirilən təlimlər barədə çıxış edib.
Tədbirin sonunda QHT nümayəndələrinin sualları cavablandırılıb və xatirə fotosu çəkdirilib.
