Oktyabr ayının 14-dən etibarən 2025-2026-cı tədris ilinin I yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını və I–XI sinifləri əhatə edir.
Finss.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Məlumata görə, bu günə qədər 47 000-dən çox müraciət portala daxil edilib, 37 000-ə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb.
Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
