2025-ci ilin yanvar-sentyabr aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən qeydə alınan məlumatlara görə, Azərbaycana daimi yaşamaq üçün 2521 nəfər gəlmiş, ölkədən isə 1564 nəfər gedib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, nəticədə ölkənin miqrasiya saldosu +957 nəfər təşkil edib.
Qeyd olunur ki, 2024-cü ildə xarici ölkəyə daimi yaşamaq üçün gedənlərin sayı 2298 nəfər olub, onlardan 1046 kişi, 1252 qadın təşkil edib.
Fuad Mədətov
Finss.az
