Bu ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən:
- 513 min nəfərə sosial müavinət,
- 403 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Finss.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 964 milyon manat, Prezident təqaüdləri üzrə 617 milyon manat ödənilib.
Cari ilin 10 ayında 133 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 854 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

