SOSİUM

13 Noyabr

DSMF-nin 10 aylıq gəlirləri proqnozdan 6% çox olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 10 ayında proqnozla müqayisədə 6% və ya 385 mln. manat çox olmaqla 6 mlrd. 601 mln. manat təşkil edib.

Finss.az DSMF-nin məlumatına əsasən xəbər verir ki, fondun gəlirlərində məcburi dövlət sosial sığorta daxilolmaları 8% və ya 371 mln. manat artaraq 5 mlrd. 237 mln. manat olub.

Yanvar-oktyabr aylarında DSMF-nin xərcləri 6 mlrd. 263 mln. manat təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% və ya 537 mln. manat artım deməkdir.

Fuad Mədətov
Finss.az