Təhsil xərclərinin səmərəli idarə olunması ailələr və tələbələr üçün önəmli məsələlərdən biridir.
Təhsil eksperti Cahid İmanlı Finss.az-a açıqlamasında bildirib ki, təhsil xərclərinə qənaət etmək üçün həm valideynlər, həm də tələbələr müəyyən praktiki addımlar ata bilərlər.
“Valideyinlər təhsil xərclərinə qənaət etmək üçün ilk növbədə uşaqlarına ehtiyacdan artıq pul verməməlidirlər. Daha sonra tələbələrin öz təşəbbüsləri ilə pul qazanmasına kiçik maliyyə dəstəyi göstərmək olar. Tələbələr isə dərsliklərin elektron variantlarından istifadə etməyi, kofe-şoplardan çox istifadə etməməyi, gündəlik nəqliyyat və yemək xərclərini effektiv idarə etməyi öyrənməlidirlər. Ən önəmlisi isə, dərsdən kənar sahələrə—məsələn, dil öyrənmək və ya kompüter proqramları üzrə bacarıqları inkişaf etdirmək üçün sərf olunan investisiyanın, dolayısı ilə, ‘lüzumsuz’ xərcləri azaltmağa da kömək etməsidir. “Bu yolla tələbə üzərinə düşən maliyyə məsuliyyətini daha yaxşı anlayar və xərclərini ona uyğun tənzimləyə bilər,” – deyə C. İmanlı qeyd edib.
Ekspert vurğulayır ki, tələbələr və valideynlər bu sadə, lakin effektiv addımları tətbiq etməklə həm təhsil xərclərinə qənaət edə, həm də gənclərin maliyyə məsuliyyətini erkən yaşlardan inkişaf etdirə bilərlər.
Fuad Mədətov
Finss.az