SOSİUM

19 Avqust

Bu gün Bakıda və Abşeronda hava şəraiti: Yağmursuz, isti və mülayim külək

Finss.az — Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gün Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Yarımadada cənub-şərq küləyi əsəcək, axşam isə mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-25, gündüz isə 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı — 755 mm civə sütunu səviyyəsindədir. Nisbi rütubət gecə 70-80 faiz, gündüz isə 45-55 faiz təşkil edəcək.

Ölkənin digər rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə oluna bilər. Şərq küləyi mülayim əsəcək. Temperatur gecə 20-25, gündüz 31-36 dərəcə arasında dəyişəcək. Dağlıq rayonlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Abşeron çimərliklərində cənub-şərq küləyi axşam saatlarında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27 dərəcə isti olacaq.

Daha ətraflı hava proqnozları və yeniliklər üçün Finss.az-ı izləyin.

Əlavə bax: “HARA ÇEVİRSƏN SƏRFƏLİ” KREDİT - Expressbankda