Finss.az — Avqustun 11-nə saat 10:00 vəziyyətə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2025-2026-cı tədris ili üçün şagirdlərin yerdəyişməsi prosesində 4 063 elektron sorğu yerləşdirilib.
2025-2026-cı tədris ili üçün ll-IX və XI siniflər üzrə şagird yerdəyişməsi artıq 5 avqust tarixindən etibarən sy.edu.az elektron xidməti vasitəsilə həyata keçirilir. X sinif şagirdləri üçün yerdəyişmə prosesi isə 12 avqust saat 11:00-dan aktivləşdiriləcək.
Elektron sistem valideynlərə rahatlıq yaradır, yerdəyişmə prosesini daha şəffaf və operativ edir. Bu vasitə ilə əlavə vaxt itkisinin qarşısı alınır və ümumi tənzimlənmədə subyektiv amillər aradan qaldırılır.
Bu yenilik təhsil idarəsi tərəfindən elektron xidmətlərin genişləndirilməsi və modernləşdirilməsi istiqamətində atılmış mühüm addımdır.