Finss.az - Cari ilin iyun ayında Azərbaycan vətəndaşları Türkiyədən 71 mənzil alıblar. Bu barədə məlumatı Türkiyə Statistika İnstitutu yayıb.
Ötən ilin eyni ayı ilə müqayisədə bu göstəricidə 39,2% artım qeydə alınıb. Belə ki, 2024-cü ilin iyununda azərbaycanlılar Türkiyədən 51 mənzil almışdılar.
Ümumilikdə, iyun ayında Türkiyədə əcnəbilərə 1 565 mənzil satılıb ki, bu da illik müqayisədə 8,7% artım deməkdir. Bu satışlar iyun ayı üzrə ölkə üzrə ümumi mənzil satışlarının 1,5%-ni təşkil edib.
Statistikaya əsasən, 2025-ci ilin yanvar-iyun ayları ərzində xarici vətəndaşlara Türkiyədə satılan mənzillərin sayı illik əsasda 10,6% azalaraq 9 354-ə enib.
Azərbaycan vətəndaşları iyun ayı üzrə Türkiyədən mənzil alan əcnəbilər arasında 6-cı yerdə qərarlaşıblar. İlk üçlükdə isə Rusiya (326 mənzil), Ukrayna (111 mənzil) və İran (109 mənzil) vətəndaşları yer alıb.