SOSİUM

22 İyul

Bakıda yeni metro stansiyaları tikiləcək -35,4 milyon manat ayrıldı

Finss.az - Bakı şəhərində yeni metro stansiyalarının və əlaqəli infrastrukturların tikintisi üzrə layihələndirmə işlərinə başlanılıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən aparılan hazırlıq işləri yekunlaşdırılıb və artıq layihənin icrasına start verilib.

Layihə çərçivəsində Yaşıl xətt üzrə Y14−Y17, Bənövşəyi xətt üzrə isə B5−B8 stansiyalarının, eləcə də həmin sahələrdə tunellərin və stansiyaların tikintisi nəzərdə tutulur. Bundan əlavə, Yaşıl və Qırmızı metro xətlərinin ayrılması, “İçərişəhər” stansiyasında keçid kamerasının, geri dönüş tunelinin və yeraltı avtomobil dayanacağının layihələndirilməsi də planlaşdırılan işlər sırasındadır.

Sözügedən layihənin həyata keçirilməsi “Yüksel Proje” MMC-yə həvalə edilib. Tərəflər arasında artıq rəsmi müqavilə də imzalanıb.

Bu addım Bakının nəqliyyat infrastrukturunun genişləndirilməsi və vətəndaşlara daha rahat metro xidmətlərinin göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır.