SOSİUM

21 İyul

Bu ilin yanvar-iyun ayları ərzində 173.383 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Finss.az - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlak üzərində 173.383 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Qeydiyyata alınan mülkiyyət hüququnun 30.352-si (17,5 %) ilkin, 143.031-i (82,5 %) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası

2025-ci ilin ilk altı ayı ərzində fərdi yaşayış və bağ evi üzərində – 31.211, mənzil – 42.999, torpaq sahəsi – 92.787, qeyri-yaşayış binası – 1.444, qeyri-yaşayış sahəsi – 4.504, əmlak kompleksi – 358, çoxmərtəbəli yaşayış binası – 77 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 46.762-si Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Bu ilin yanvar-iyun ayları ərzində 123.192 texniki pasport tərtib edilib, 28.926 ipoteka müqaviləsi qeydiyyata alınıb.