SOSİUM

13 İyul

Magistratura seçimi üçün vaxt uzadıldı

Finss.az - Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul olmaq istəyən namizədlər üçün ixtisaslaşma seçiminin müddətini uzadıb.

Verilən məlumata görə, seçim prosesi 16 iyul 2025-ci il saat 23:59‑a qədər davam edəcək.

Namizədlər bu tarixədək DİM-in rəsmi portalı üzərindən ixtisaslaşma sahələrini seçə bilərlər. Qərar, müraciətlərin çoxluğu və texniki səbəblərlə bağlı qəbul olunub.

DİM və təhsil üzrə mütəxəssislər, namizədlərə son tarixədək seçimlərini diqqətlə aparmağı və sistemdə məlumatlarını düzgün daxil etməyi tövsiyə edir.