SOSİUM

09 İyul

Birinci sinfə qəbul: 37 minə yaxın sorğu yerləşdirildi

Finss.az - İyulun 9-u saat 12:00-a olan məlumata əsasən, 2025–2026-cı tədris ili üzrə Bakının ümumi təhsil müəssisələrinin birinci sinfinə qəbul üçün 37 937 sorğu elektron qeydiyyat sistemi üzərindən yerləşdirilib.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Valideynlər tərəfindən 5 539 müraciət daxil olub və onların əksəriyyəti operativ şəkildə cavablandırılıb. Bu müraciətlərin 4 892-si sistemin “Əlaqə” bölməsi, 305-i alternativ qeydiyyat mərkəzləri, 342-si isə “ASAN xidmət” mərkəzləri vasitəsilə yönləndirilib.

Elektron qeydiyyat 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək. Qeydiyyatdan keçə bilməyən vətəndaşlar yaxınlıqdakı alternativ mərkəzlərə və ya 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Alternativ qeydiyyat mərkəzləri həftəiçi günlər saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Vətəndaşlar həmçinin suallarını sistemdəki şəxsi kabinetin “Əlaqə” bölməsi və “WhatsApp” vasitəsilə də ünvanlaya bilərlər.