SOSİUM

07 İyul

Bu il Azərbaycanda 74 min nəfər münasib işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin birinci yarımilində 229,5 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Finss.az xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Məlumata görə, onlardan 74 min şəxs münasib işlərlə təmin olunub, 9,8 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Cari ilin 6 ayında 6,1 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 139,6 min şəxsə peşəyönümü xidmətlər göstərilib.

Fuad Mədətov
Finss.az