Finss.az - İyulun 3-də Şəmkir rayonunda növbəti Aqrar Biznes Festivalı və “Tərəvəz” festivalı keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, festival Şəmkir rayonu Heydər Əliyev parkı ərazisində baş tutacaq.
Festival çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel sessiya təşkil ediləcək.
