Finss.az - Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad olunmuş ərazilərə mərhələli şəkildə köç prosesi – Böyük Qayıdış – davam edir.
Növbəti köç Ağdam rayonunun Kəngərli kəndinə həyata keçirilib. Bu mərhələdə əsasən ölkənin müxtəlif bölgələrində – yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət 37 ailə (153 nəfər) doğma yurdlarına qayıdıb.
Yeni yaşayış yerinə köçən sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar, həmçinin torpaqların azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna və şəhidlərimizin əziz xatirəsinə minnətdarlıqlarını ifadə ediblər.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda yalnız köçürülən ailələr deyil, həm də bu ərazilərdə çalışan mütəxəssislər, dövlət qurumlarının yerli bölmələrinin əməkdaşları, səhiyyə, təhsil, mədəniyyət, sənaye və turizm sahələrində fəaliyyət göstərən işçilər də yaşayır. Ümumilikdə, bu bölgələrdə 40 mindən çox insan məskunlaşıb.