SOSİUM

25 İyun

“Azəriqaz” rəhbərliyində yeni təyinat

Finss.az - “Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi baş verib.

Yeni təyinata əsasən, Təbriz Əmmayev qurumda Strateji və davamlı inkişaf üzrə baş inzibatçı vəzifəsinə gətirilib.

Banker.az xəbər verir ki, Təbriz Əmmayev bu təyinatadək SOCAR-ın Strateji İdarəetmə və İnnovasiyalar Departamentində rəhbər müavini kimi çalışıb. O, həmçinin əvvəlki illərdə Dövlət Bərpa Olunan Enerji Mənbələri Agentliyində direktor vəzifəsini icra edib.

Yeni baş inzibatçı iqtisadiyyat və idarəetmə üzrə ixtisaslaşmış kadrdır. O, bakalavr təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə) alıb. Magistr pilləsini isə Böyük Britaniyanın Bristol Universitetində fərqlənmə diplomu ilə başa vurub. Hazırda IE Business School-da Qlobal İcraçı MBA proqramı üzrə təhsilini davam etdirir.