Finss.az - Bu ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,7 faiz artaraq 5 680,2 milyon manat olub.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, hüquqi şəxslər tərəfindən əhaliyə 4 298,5 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,7 faizini təşkil edib.
Cari ilin ilk 5 ayında hər bir ölkə sakini orta hesabla 555,1 manatlıq və ya 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə nominal ifadədə 82,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.